kriminal.az
Kreml Ərdoğan-Putin telefon danışığının təfərrüatlarını açıqladı

Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığında Rusiya-Ukrayna münaqişəsinin diplomatik yolla həlli yollarını axtarmağa hazır olduğunu təsdiqləyib.

Kriminal.az ” xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti telefon söhbətindən sonra məlumat yayıb.

“Vladimir Putin münaqişənin siyasi və diplomatik həllinin tapılmasına dair prinsipial öhdəliyini təsdiqləyib”, - məlumatda bildirilir.

Putin, həmçinin İstanbulda Rusiya-Ukrayna danışıqlarını davam etməyə hazır olduğuna görə Ərdoğana təşəkkür edib.

Xatırladaq ki, iki ölkə lideri arasında iyulun 18-də telefon danışığı olub.

Top
0.074954986572266