kriminal.az
Sabah bu ərazilərdə qaz olmayacaq

Nəsimi rayonu, Azadlıq prospekti ilə Nəsibbəy Yusifbəyli küçələrinin kəsişməsinde yeraltı orta təzyiqli qaz kəmərindən ayrılan qaz xəttində sızmanın aradan qaldırılması məqsədi ilə 21.06.2025-ci il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. 

Kriminal.az ” xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.

Qaz təchizatı dayandırılan müddətdə Nəsibbəy Yusifbəyli, Mirəli Qaşqay, Salatın Əsgərova, Şamil Əzizbəyov, İzzət Həmidov, Plotnikov, Kaveroçkin, Dağıstan, Ənvər Qasımzadə, Eldar Tağızadə küçələrinin, Azadlıq və  Vaqif prospektlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Top
0.060434818267822