kriminal.az
Cəlilabadlı müəllim sertifikasiyada 60 bal yığdı

Təhsilverənlərin bu gün keçirilən sertifikatlaşdırma imtahanında Lənkəran-Astara Regional Təhsil İdarəsi üzrə növbəti 60 ballıq nəticə qeydə alınıb.

Kriminal.az AzEdu.az-a istinadən xəbər verir ki, Cəlilabad şəhəri Ş.İ.Xətai adına 4 nömrəli tam orta məktəbin coğrafiya müəllimi Rəvan İmanov da 60 bal toplamaqla maksimum nəticəyə imza atıb.

Xatırladaq ki, bu gün coğrafiya və ibtidai sinif müəllimləri üzrə təhsilverənlərin sertifikatlaşdırılması imtahanı keçirilib.

Elm və Təhsil Nazirliyinin məlumatına görə, imtahanda 4228 nəfər müəllim iştirak edib.

Top
0.059751033782959