Kolumbiyanın mərkəzində 6,8 maqnitudada zəlzələ qeydə alınıb.
Kriminal.az xəbər verir ki, zəlzələnin episentri Villavitensio şəhərindən 73 kilometr şimal-şərqdə, ocağı 10 km dərinlikdə yerləşib.
Zəlzələ episentrdəki intensivliyə əsasən “dağıdıcı” olaraq qiymətləndirilir.
ABŞ-nin Geoloji Xidməti isə zəlzələnin maqnitudasını 6,3 bal qiymətləndirib.