kriminal.az
Kişi avtomobili izdihamın üstünə sürdü - Arvadı və qızı da yaralandı

Almaniyanın Passau şəhərində bir kişi avtomobilini insanların üzərinə sürüb.

Kriminal.az Lent.az-a istinadən xəbər verir ki, bu barədə “Bild” qəzeti məlumat yayıb.

"Polis sürücünün avtomobili qəsdən insanların üzərinə sürdüyünü istisna etmir. Qurbanların sayı və onların xəsarətlərinin ciddiliyi hələ müəyyən edilməyib", - məlumatda deyilir.

İlkin məlumata görə, hadisə zamanı sürücünün 38 yaşlı həyat yoldaşı və 5 yaşlı qızı da yaralanıb.

Sürücü polis tərəfindən saxlanılıb.

Top
0.074782133102417