"Forbes" jurnalı miras və ya kənar yardım olmadan öz sərvətini qurmağı bacaran qadınların yeni reytinqini dərc edib.
Kriminal.az "Qayanrinfo"a istinadən xəbər verir ki, siyahının lideri "ABC Supply" tikinti şirkətinin rəhbəri 78 yaşlı Diana Hendriksdir. O, artıq yeddinci ildir ki, bu siyahıda liderdir. Onun kapitalı 22,3 milyard dollar qiymətləndirilir.
Onu Cid Faulkner izləyir. "Epic Systems"ın CEO-su və qurucusu olan 81 yaşlı xanımın sərvəti 7,8 milyard dollardır.
İlk "üçlüy"ü Marian İlitç və ailə tutur. "Little Caesars Pizza"nın 92 yaşlı qurucusunun 6,9 milyard dolları var.
Məşhurlar arasında birinci yeri teleaparıcı və media maqnatı Opra Uinfri tutub. Onun sərvəti 3,1 milyard dollardır.
Kim Kardaşyan 1,7 milyard dollarla 17-ci yerə yüksəlib - sərvəti 1,6 milyard dollar olan Teylor Svifti keçib. "Eras Tour" dünya turundan rekord gəlir əldə etməsinə baxmayaraq, Svift biznesi ("Skims" brendi) ildə təxminən 900 milyon dollar gəlir gətirən Kardaşyana uduzub.
Reytinqdə həmçinin Rihanna, Madonna, Beyons, Selena Qomez, Kylie Cenner, Selin Dion və Keti Perri yer alıb. Siyahını 350 milyon dollarlıq sərvətlə ulduz tennisçi Serena Uilyams qapayır.