kriminal.az
Rusiya İlon Maska siyasi sığınacaq təklif edib

ABŞ prezidenti Donald Trampla açıq mübahisədən sonra Rusiya rəsmiləri İlon Maska siyasi sığınacaq təklif ediblər.

Kriminal.az APA-ya istinadən xəbər verir ki, bu barədə Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin sədr müavini Dmitri Novikov TASS-a açıqlama verib.

Novikov bildirib ki, Maska siyasi sığınacaq lazım olmayacaq: “Düşünürəm ki, Mask tamamilə başqa oyun oynayır və heç bir siyasi sığınacağa ehtiyac duymayacaq. Amma ehtiyac olsa, Rusiya əlbəttə ki, ona belə bir imkan verə bilər.”

Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev isə məsələyə ironik yanaşıb. O, Tramp və Mask arasında yaranmış qarşıdurmanın "məqbul ödəniş" müqabilində həll olunmasında vasitəçilik təklif edib. Medvedev ödəniş kimi Ukraynaya hərbi rabitə təmin edən “Starlink” şirkətinin səhmlərini almağa hazır olduğunu bildirib.

Top
0.060460090637207