kriminal.az
Fransada fəlakət: Müharibə səhnəsini xatırlatdı - VİDEO

Fransanın cənub-şərqində baş verən güclü tufan ciddi fəlakətlərə yol açıb. Güclü yağışla müşayiət olunan tufan fransalı rəsmilər tərəfindən "müharibə səhnələri" kimi təsvir edilib.

Kriminal.az xəbər verir ki, güclü tufan ölkənin infrastrukturu ilə yanaşı, əhalinin həyatına ciddi təhlükə yaradıb. Tufan nəticəsində ölən və xəsarət alanların olduğu bildirilir. 

İlkin məlumta görə, ən azı üç nəfər, o cümlədən səksən yaşlarında olan cütlük təbii fəlakətdə həyatını itirib. Yaşlı cütlüyün avtomobilini sel aparıb.

Fransanın cənub-şərqindəki La Mole çayında suyun səviyyəsi cəmi iki saat ərzində 11 metr qalxıb. "Narıncı" xəbərdarlıq edilən bölgədə La Mole-Saint-Tropez hava limanı su altında qalıb.

Le Lavandou meri Gil Bernardi baş verən təbii fəlakəti "döyüş səhnələri", "cırıq yollar" və "sökülən körpülər" kimi təsvir edib. “Heç nə qalmayıb, nə işıq, nə içməli su, nə də kanalizasiya təmizləyici qurğu var”, - mer əlavə edib.

Mer Gil Bernardi bildirib ki, hazırda Kavalyerin dünya ilə əlaqəsi kəsilib. 

İctimaiyyətə panikaya düşməmələri üçün xəbərdarlıq edilən açıqlamada deyilir: "Bütün uşaqlarımız təhlükəsiz şəkildə təhsil müəssisələrindədir. Böhran mərkəzimiz aktivdir və müdaxilələr davam edir".

Tuluzadan Parisə gedən qatar güclü yağış səbəbindən yolun çökməsi nəticəsində qəza törədib. 500-dən çox sərnişin avtobuslarla təxliyə edilib.

Mürtəza

Top
0.058357954025269