kriminal.az
Səddam Hüseyni edam edən hakimin AQİBƏTİ: İbrətamiz sonluq

Tarix bəzən hökm verənləri də, hökmə məruz qalanları da unutmur. İraqın devrilmiş lideri Səddam Hüseynə ölüm hökmü çıxaran baş hakim Rauf Rəşidin taleyi də məhz bu baxımdan maraqlıdır. Bəs bu sərt qərarın altına imza atan şəxsin öz aqibəti necə oldu?

Kriminal.az Musavat.com-a istinadla xəbər verir ki, Rauf Rəşid uzun sürən xəstəlikdən sonra 2019-cu ildə müalicə olunduğu xəstəxanada vəfat edib. O, 2006-cı ildə Səddam Hüseynin ölüm hökmünü elan edən əsas fiqur kimi tarixə düşmüşdü. Həmin məhkəmə qərarı yalnız İraq daxilində deyil, bütün bölgədə siyasi və sosial rezonans doğurmuşdu.

Qeyd edək ki, Səddam Hüseynin mühakiməsi zamanı 9 nəfərlik hakimlər heyəti arasında keçirilən səsvermədə 7 nəfər edam hökmünün lehinə səs vermişdi. Bəziləri bu qərarı ədalətin zəfəri kimi dəyərləndirsə də, digərləri onu siyasi intiqam aktı kimi qəbul etmişdi.

Ancaq bununla hər şey bitmədi. Məhkəmənin digər üzvü, hakim Rauf Əbdül Rəhman daha sonra terror təşkilatı İŞİD tərəfindən amansız şəkildə qətlə yetirildi. Bu fakt bir daha göstərdi ki, regionda hətta ədalət təmsilçiləri belə təhlükədən sığortalanmayıb.

Nəticədə, bir vaxtlar ölüm hökmünü səsləndirən baş hakim də həyatla vidalaşdı özü də sakit bir xəstəxana otağında. Beləcə, bir insanın taleyinə hökm verən şəxsin öz həyatı da ibrətamiz şəkildə başa çatdı.

Top
0.06216287612915