kriminal.az
Baydenin şok səs yazısı İNTERNETƏ SIZDI - Oğlunun ölüm tarixini belə...

ABŞ-ın keçmiş prezidenti Co Baydenlə keçmiş xüsusi prokuror Robert Heur arasında məxfi sənədlərin düzgün saxlanmaması ilə bağlı söhbətinin beş saatlıq audio yazısı "Axios" portalı tərəfindən dərc edilib .

Kriminal.az xəbər verir ki, ifadələrin stenoqramı daha əvvəl yayılıb. Səs yazısından məlum olub ki, ABŞ-ın keçmiş lideri 2023-cü il oktyabrın 8 və 9-da keçmiş xüsusi prokurorla söhbəti zamanı dəfələrlə fasilə verib və suallara tutarsız cavab verib.

Bayden vitse-prezident vəzifəsində işlədiyi tarixlərlə bağlı problem yaşayıb. O, oğlu Bo-nun nə vaxt vəfat etdiyini də xatırlaya bilməyib.

Gizli sənədlərin saxlanması ilə bağlı suala cavab olaraq keçmiş ABŞ prezidenti etiraf edib ki, ola bilsin ki, o, onları “yalnız nəsillər üçün” saxlamaq istəyib.

Bundan əvvəl məlum olmuşdu ki, Baydenin komandası səhhəti pisləşdiyi üçün yenidən seçiləcəyi təqdirdə onu əlil arabasına qoymağı planlaşdırıb.(Publika.az)

Top
0.05965518951416