Keçmiş Federal Təhqiqat Bürosu (FBI - FTB) rəhbəri Ceyms Kominin paylaşımı ABŞ-də rezonans doğurub.
Kriminal.az xəbər verir ki, onun instaqram profilində rəqəmlərlə bağlı post yerləşdirməsi, Prezident Donald Trampa təhdid mesajı kimi yozulub.
Belə ki, C.Komi dəniz sahilində olan daşlarla "8647" yazılmasını əks etdirən fotonu və "Sahildə gəzərkən balıqqulaqlarının qeyri-adi formalaşması ilə qarşılaşdım" qeydini paylaşıb.
“86” rəqəmi bəzən qətlə çağırış kimi şərh edilir, “47” isə Trampı ABŞ-nin 47-ci prezidenti kimi göstərə bilər.
Məxfi Xidmət araşdırmaya başlayıb.
"Prezident Tramp hazırda Yaxın Şərqə beynəlxalq səfərdə olarkən, keçmiş FTB direktoru açıq-aydın ABŞ-nin vəzifədə olan prezidentinə "hücum" kimi təfsir oluna biləcək bir şeyi açıqladı - qumda qoyulmuş mesaj", - Ağ Ev Aparat rəhbərinin müavini Taylor Budoviç yazıb.
Kiçik Donald Tramp bildirib: "Sadəcə Ceyms Komi təsadüfən atamın öldürülməsinə çağırış edir."
Daxili Təhlükəsizlik katibi Kristi Noem əlavə etdi: “Keçmiş FTB direktoru Ceyms Komi indicə prezidentin öldürülməsinə çağırış edib".
Bununla bağlı nüfuzlu şəxslərin paylaşımları olub.
Komi isə daha sonra bu paylaşımı silib və belə izah edib: “Mənim şəklimin zorakılığa çağırış kimi qəbul ediləcəyi heç ağlıma da gəlməzdi”.