kriminal.az
Liviyada toqquşmalarda azı 6 nəfər ölüb

Liviyanın paytaxtı Tripoli şəhərində baş verən silahlı toqquşmalar nəticəsində azı 6 nəfər ölüb, 70-ə yaxın adam yaralanıb.

Kriminal.az "Report"a istinadən verdiyi məlumata görə, bu barədə Tripolinin Səhiyyə Departamentinin nümayəndəsi Məhəmməd Əbdül Vəhab bildirib.

Onun sözlərinə görə, ölənlər arasında beş döyüşçü və bir mülki şəxs - əcnəbi olub. Əcnəbi Tripoli küçəsində atəşə tutulan Misir vətəndaşıdır.

Top
0.059849977493286