kriminal.az
KİV: Zelenski danışıqlar üçün Türkiyəyə gedib

Ukrayna prezidenti Volodimir Zelenski münaqişənin həlli ilə bağlı danışıqlar aparmaq üçün Türkiyəyə gedib.

Kriminal.az “Report”a istinadən xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Danışıqlarda Zelenski ilə yanaşı, prezident aparatının rəhbəri Andrey Yermak, müdafiə naziri Rustem Umerov, xarici işlər naziri Andriy Sıbiha və müşaviri İqor Jovkva iştirak edəcək.

Prezident Vladimir Putin mayın 15-də İstanbulda Ukrayna hakimiyyəti ilə danışıqların aparılmasını təklif etsə də, o, iştirakını açıqlamayıb. Mayın 14-ü axşam saatlarında Kreml nümayəndə heyətinin tərkibini təsdiqləyib. Ona Rusiya prezidentinin köməkçisi Vladimir Medinski rəhbərlik edir.

Volodimir Zelenski də öz növbəsində bildirib ki, Vladimir Putindən başqa heç kimlə danışıqlar aparmağın mənası yoxdur.

Top
0.059422969818115