Böyük Britaniya polisi ölkənin baş naziri Kir Starmerin evinin yandırılması ilə bağlı araşdırma aparır. Yanğının təşkilində düşmən dövlətin iştirak etməsi ehtimalı da istisna edilmir.
Kriminal.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "The Telegraph" məlumat verib.
"Terrorla mübarizə bölməsi baş nazirə qarşı törədilən yanğının arxasında düşmən dövlətin dayana biləcəyi ehtimalını araşdırır", - deyə məlumatda bildirilir.
Hazırda bu məlumatın rəsmi təsdiqi yoxdur. Polis hadisənin baş vermə səbəblərini araşdırmaqda davam edir.