Rusiya prezidenti Vladimir Putinin razılığı olmadan Ukrayna üzrə sülh sazişi ola bilməz.
Kriminal.az xəbər verir ki, bunu ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkof “breitbart”a müsahibəsində deyib.
"Prezident Putinin imzası olmadan heç bir sövdələşmə yoxdur. O, Rusiya lideridir, ona görə də prezident Putinlə danışmamaq ideyası insanların əleyhinədir... Biz hamı ilə danışmalıyıq. Biz bu münaqişədə maraqlı olan istənilən tərəflə danışmalıyıq", - amerikalı rəsmi qeyd edib.
O, həmçinin əlavə edib ki, Böyük Britaniya, Fransa, Almaniya və İtaliyanın milli təhlükəsizlik müşavirləri ilə müzakirələr aparıb.
Uitkof onu da qeyd edib ki, Birləşmiş Ştatlar Ukraynadakı hərbi münaqişənin həlli üzrə danışıqlardan geri çəkilərsə, bu, bütün tərəflər üçün pis nəticə olacaq.
Mürtəza
Kriminal.az